Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Livan müqaviməti bəyan edib ki, İslam İnqilabının şəhid rəhbəri illər boyu davam edən cihad və müdrik rəhbərlikdən sonra İslam İnqilabının yolunun qorunmasında izzət, istiqlal və qlobal hegemon güclərə qarşı qətiyyətli mövqe xəttini möhkəmləndirmiş və nəhayət şəhadətə qovuşmuşdur.
Hizbullah təşkilatı Xubriqan Məclisinin Rəyasət Heyətinin səylərini, həmçinin İran İslam Respublikasında bu böyük məsuliyyətin yerinə yetirilməsini yüksək qiymətləndirərək bildirib ki, ABŞ və İsrailin İran İslam Respublikasına qarşı törətdiyi cinayətkar təcavüzlərinin, eləcə də bu ağır şəraitin mövcud olmasına baxmayaraq, Xubriqan Məclisinin Rəyasət Heyəti qısa müddətdə yeni rəhbəri seçdi.
Livan müqavimət təşkilatı vurğulayıb ki, Ayətullah Seyid Müctəba Xameneinin İranın yeni rəhbəri kimi təyin olunması düşmənləri bir daha böyük ümidsizliyə və çaşqınlığa salmışdır. Bu ani və müdrik seçim İran İslam Respublikasının düşmənlərinə və bütün İslam ümmətinə açıq aydın bir mesajdır: İran öz rəhbər və xalqı ilə birlikdə heç vaxt təcavüzkarların terroru qarşısında qorxmayacaq və onların bu inqilaba zərbə vurmaq cəhdləri heç vaxt nəticə verməyəcək.
Hizbullah təşkilatı həmçinin qeyd edib ki, ABŞ və İsrailin hegemonluq iddiaları bu xalqın iradəsini sarsıda bilməyəcək və bu inqilab vilayət yolunda izzət və qələbə tam reallaşanadək bütün qüdrəti ilə davam edəcək.
Livan müqavimət təşkilatı İslam İnqilabının yeni rəhbərinə beyət etdiyini elan edərək uca Allahdan diləyib ki, Ayətullah Seyid Müctəba Xameneini inqilab yolunun davamında möhkəm və sabitqədəm etsin, onu düşmən və cinayətkarların hiylələrindən qoruyub amanda saxlasın.

Hizbullahın bayrağı
Rəyiniz